
Mən NATO-nun baş katibi Yens Stoltenberqə Ermənistan hökumətinin Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması planını və yanaşmalarını təqdim etmişəm. Bu barədə ER baş naziri Nikol Paşinyan bu gün, martın 19-da Yerevanda NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı bildirib.
Paşinyan xüsusilə qeyd edib: “Azərbaycanla münasibətləri ən yüksək səviyyədə razılaşdırılmış üç prinsip əsasında tənzimləməyə dəfələrlə hazır olduğumu bir daha təsdiq edirəm. Yəni Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyaraq, Alma-Ata Bəyannaməsinə əsasən, 1991-ci ildə SSRİ-nin dağılması zamanı mövcud olan iki respublika arasında sərhədin bərpası üçün Ermənistan-Azərbaycan dövlətlərarası sərhədinin delimitasiyası, habelə keçdiyi ölkələrin suverenliyi və bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında, yurisdiksiyaya hörmət edilməsi ilə regional infrastrukturların blokdan çıxarılması.
Mövzu ilə bağlı fikirlərimizi tamamlayan “sülhün kəsişməsi” layihəsini də təqdim etmişəm. Biz beynəlxalq ictimaiyyətin, o cümlədən NATO-nun Ermənistan və Azərbaycan arasında məlum və qarşılıqlı razılaşdırılmış prinsiplər əsasında sülh prosesinə qəti dəstəyini, eləcə də məcburiyyət və təhdidlərin birmənalı şəkildə rədd edilməsini gözləyirik.
Mən həmçinin 1991-ci il Ermənistan-Azərbaycan sərhədindən qoşunların güzgü prinsipi ilə çıxarılması, silahlara qarşılıqlı nəzarət və təcavüz etməmək haqqında paktın imzalanması ilə bağlı təklifləri də təqdim etmişəm”.







