Başlıcaİctimaiyyət
Ukrayna münaqişəsindən sonra ruslar Ermənistanda 10 minə yaxın təşkilat açıblar

Ukraynada münaqişə başlayandan sonra ruslar Ermənistanda 10 minə yaxın təşkilat açıblar. Bu barədə “Cənubi Qafqaz. Ukrayna müharibəsi kontekstində tendensiyalar və perspektivlər” müzakirələr zamanı iqtisadçı Ani Avetisyan bildirdi.
Onun sözlərinə görə, Ukrayna münaqişəsi ilə bağlı rusların Ermənistana gəlməsindən sonra Ermənistanın informasiya texnologiyaları sektorunun potensialı 25 faiz artıb.
“Eyni zamanda, mənzil qiymətlərinin 60-100 faiz artmasına, həmçinin erməni dramının yenidən qiymətləndirilməsinə, ticarət və xidmət sahələrində inflyasiyaya səbəb olub. 2022-ci ildə Ermənistandan ixrac 80 faiz artıb. 2023-cü ilin göstəriciləri daha təvazökar idi”, – o qeyd edib.







