
Böyük Britaniya parlamentində “Dağlıq Qarabağ qaçqınlarına beynəlxalq dəstək” adı altında müzakirə aparılıb.
Müzakirələr zamanı deputat Karol Monaqan çıxışında qeyd edib ki, Ermənistanla Azərbaycan arasında son hərbi əməliyyatlar münaqişənin heç vaxt uzaqda olmadığını göstərir.
“Bu yaxınlarda sülh sazişi üzrə danışıqların aparılmasına baxmayaraq, gərginlik yüksək olaraq qalır və sülh varsa, o, əlbəttə ki, kövrəkdir. Keçən il bizim bəzilərimiz Vestminster zalında Ermənistandan Dağlıq Qarabağa əsas təchizat yolu olan Laçın dəhlizinin blokadasından danışdıq. O zaman bir neçə hörmətli üzv aclıq və humanitar fəlakət ehtimalını vurğuladı”. İddia edilən Rusiya sülhməramlıları ən yaxşı halda müşahidəçi olublar, ən pis halda isə yerli erməni əhalisinə qarşı davam edən təqiblərə fəal dəstək veriblər”, – deputat qeyd edib.
O, təəssüflə qeyd edib ki, ən çox ən çox qorxulan nəticə keçən ilin sentyabrında Azərbaycan hərbçilərinin 9 aylıq mühasirədən sonra erməni əhalisini öz evlərindən zorla çıxmasnı məcbur etmək ilə reallaşıb.
“Ermənistan 3 milyon əhalisi olan kiçik bir ölkədir, Dağlıq Qarabağdan 100 mindən çox qaçqının, eləcə də 2020-ci il müharibədən sonra daha 40 min qaçqının gəlməsi ciddi təsir göstərdi”.
Deputat vurğuladı ki, o, ötən ay Ermənistanda səfərdə olan Parlamentlərarası İttifaqın nümayəndə heyətinin üzvü olub.
“Biz Dağlıq Qarabağdan olan bir qrup qaçqınla görüşdük, onlar mühasirənin və öz evlərini tərk etmək məcburiyyətinin acı təfərrüatlarını təqdim ediblər.
“Onlar tibbi ləvazimat, yanacaq və hətta su əldə etməyin çətinliyini təsvir ediblər. Onlar mühasirənin şiddətlə başa çatmasını, insanların öz evlərində atəşə tutulmasına məruz qaldıqlarını təsvir ediblər. Eşitmişik ki, saat 12:30-da, uşaqlar məktəbdə olarkən, atəşin necə başlamışdır. Onlar insanların öz yaxınlarını tapmağa çalışması zamanı yaranan xaosu, eləcə də evlərini yalnız paltarları ilə tərk edənlərin iztirablarını təsvir ediblər. Qaçqınların əksəriyyəti indi sərhəd şəhərlərində, Cermuk və onun ətrafında ailə üzvləri ilə birlikdə yaşayırlar. Qaçqınlar, əlbəttə ki, Azərbaycanı tənqid edirlər, lakin onlar həm də Rusiya sülhməramlılarını onları qoruya bilmədiklərinə görə tənqid edirlər”, – deputat qeyd edib.
O, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qoşunlarını da tənqid edib.
“Şoxları üçün xalqın bu etnik təmizlənməsi 1915-1923-cü illərdəki Erməni Soyqırımını xatırladır. Maraqlıdır ki, ABŞ, Kanada və Fransa da daxil olmaqla 34-ə yaxın ölkə tarixi soyqırımı tanısa da, Böyük Britaniya bunu edə bilməyib. Tarixi cinayətin rəsmi tanınmasını inkar etməklə, Böyük Britaniya hökuməti erməni icmasının çəkdiyi kollektiv ağrıları qanuniləşdirməyə davam edir”, – Monaqan bildirib.







