
Ermənistan və Hindistan arasında ticarət-iqtisadi münasibətlərin və əməkdaşlığın inkişafı üçün böyük daxili güc var. Bu barədə Hindistanın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha Armenpress-ə müsahibəsində bildirib.
Səfir bildirib ki, ötən il üç işgüzar konfranstəşkil edilib, cari ildə isə hibrid formatda daha bir işgüzar konfrans təşkil olunub ki, onun məqsədi ikitərəfli ticarətin həcmini artırmaq olub.
Səfirin sözlərinə görə, Hindistan əczaçılıq məhsulları dünyada lider olan “dünyanın aptekası” kimi tanınır. Buna görə də, Nilakşi Saha Sinhanın fikrincə, bu, əməkdaşlıq üçün potensialın olduğu bir sahədir.
“Ermənistan və Hindistan Ermənistanadərman və peyvəndlərin idxalını artırmaq üçün çalışırlar. Bundan başqa, hər iki ölkənin inkişaf etmiş yüksək texnologiyalar sektoru var. Və bu, hər iki ölkənin qarşılıqlı maraqları naminə əməkdaşlığı genişləndirə biləcəyimiz sahədir” – deyə Hindistanın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha bildirib.







