
Fransanın “Le Figaro” qəzetinin direktor müavini Jan-Kristof Buisson X-də edilən qeydlə Azərbaycanın Fransadakı səfiri, Azərbaycan xarici işlər nazirliyinin keçmiş sözçüsü Leyla Abdulayevanın qeyd etməsinə toxunub.
“Le Point-in son məqaləsi bizi təəccübləndirmir. Biz yalnız təəssüflənirik ki, bu yeni redaksiya anti-Azərbaycan və karikatura mövqeyi tutub. Belə ciddi qəzet necə ən radikal mövqelərin ruporuna çevrilə bilər?” – deyəAzərbaycan səfiri yazıb. Buisson buna cavab olaraq yazıb ki, “Azərbaycanın xanım səfiri həqiqətin ağrılı olduğunu düşünür. Bravo Le Point”.
Qeyd edək ki, Le Point “Əliev: Fransaya qəzəblənən diktator” adlı məqaləni dərc edib vəorada qeyd edib ki, Azərbaycanın avtokratı Əliyev Fransanın sabitliyini pozmaq üçün Yeni Kaledoniyada və başqa yerlərdə səyləri gücləndirir.
Xatırladaq ki, Fransanın Dİ naziri Bakının Yeni Kaledoniyadakı iğtişaşlarda iştirakını açıqlamışdı. “Bu, fantaziya deyil, reallıqdır. Təəssüf edirəm ki, Kaledoniya müstəqilliyinin bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır” – deyə nazir bildirib.
Mətn “Factor.am”a məxsusdur.







