BaşlıcaSiyasət

Kani İranın Lori və Tavuş bölgələrində daşqından zərər çəkmiş insanlara kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib

İranın Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Mayın 29-da erməni həmkarı Ararat Mirzoyan ilə telefon danışığında Tehranın Qafqazda təhlükəsizlik və sabitliyin qorunmasına sadiq olduğunu bəyan edib.

Bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər Ermənistan-İran münasibətlərinin gələcək inkişafını müzakirə ediblər. Əli Baqeri Kani Prezident, Xarici işlər naziri və digər rəsmi şəxslərin vəfatı ilə bağlı İrana başsağlığı mesajı göndərdiyinə görə Ermənistan hakimiyyətinə təşəkkür edib, həmçinin ER baş nazirinin Tehrana səfərini alqışlayıb.

Kani Qafqaz regionunda davamlı təhlükəsizlik və sabitliyin yaradılmasında səmərəli rol oynamağa sadiq olduqlarını vurğulayıb.

“Mehr” həmçinin bildirib ki, İranın Xarici işlər naziri vəzifəsini icra edən Kani Tehranın Yerevanla artıq imzalanmış müqavilələri həyata keçirməyə, eləcə də Lori və Tavuş bölgələrində daşqın qurbanlarına kömək etməyə hazır olduğunu təsdiqləyib.

Daha çox göstər
Back to top button