
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası Yeğegnadzor şəhərində Niderlandın polis nümayəndə heyətinin üzvlərini
qəbul edib.
“Armenpress”in məlumatına görə, bu barədə Aİ-nin Ermənistandakı missiyasının X mikrobloqunda yer alan yazıda qeyd olunub.
“Biz bu gün Hollandiya polisinin nümayəndə heyətini Yeğegnadzorda salamlamaqdan məmnunuq. Avropa İttifaqının Ermənistandakı missiyasının mandatı və yerlərdə həyata keçirilən fəaliyyətlərlə bağlı yaxşı müzakirələrimiz oldu”, – missiya öz yazıda qeyd edib və missiyaya davamlı dəstəyinə görə Niderlanda təşəkkür edib.







