
Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin rəhbəri Bakitjan Saqintaev məlumat verib ki, İran Aİİ-də müşahidəçi ölkə statusu almaq üçün müraciət edib.
“Müraciət mayın 27-də daxil olub, biz müvafiq prosedurlara başlayırıq”, – Saqintaev çərşənbə axşamı Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
Belarusun baş naziri Roman Qolovçenko Aİİ-nin azad ticarət zonası haqqında sazişlər imzalamağa başlamalı olduğu ölkələrin və regional ticarət birliklərinin siyahısının yaradılmasını zəruri hesab edir. O vurğulayıb ki, bu gün dünyada Aİİ ilə əməkdaşlığa hazır olan çoxlu dövlətlər var. Bunlar, ilk növbədə, İndoneziya, BƏƏ və Monqolustandır.
AİB hökumətlərarası şurasının növbəti iclası sentyabrın sonunda baş tutacaq.







