BaşlıcaSiyasət

BMT konfransının nümayəndələrini Bakıda saxlanılan ermənilərin azad edilməsini dəstəkləməyə çağırıblar

Almaniyanın vətəndaş fəalları və hüquq müdafiəçiləri Azərbaycandan və şəxsən prezident İlham Əliyevdən  Noyabrda Bakıda keçiriləcək iqlim dəyişikliyinə həsr olunmuş BMT-nin COP29 konfransından əvvəl erməni məhbusları azad etməyi tələb ediblər. BMT-nin iqlim dəyişikliyi üzrə konfransının keçirildiyi Bonndakı Ümumdünya konfrans mərkəzinin (World Conference Center)  yanında etiraz aksiyası keçirilib.

Fəallardan biri Conatan Spanbenbeq konfrans iştirakçılarını, beynəlxalq ictimaiyyəti və hüquq müdafiə təşkilatlarını COP29-un insan hüquqlarının kobud şəkildə pozulduğu ölkədə keçiriləcəyinə diqqət yetirməyə çağırıb.

O xatırladıb ki, Azərbaycan ermənilərə qarşı soyqırım siyasəti aparır, Dağlıq Qarabağdan 120,000 dinc sakini didərgin salır, tarixi abidələri məhv edir və erməni izini silir.

İştirakçılar Bonn konfransının nümayəndələrini erməni məhbusların azad edilməsi üçün təcili tədbirlər görməyə çağırıblar.

Mövzuya diqqət yetirmək üçün sosial şəbəkələrdə kampaniyaya start verilib. İstənilən şəxs #COP29 heşteqi ilə yazı yerləşdirə və ya foto dərc edə və Bakıda siyasi məhbuslar məsələsinə diqqət çəkə bilər.

Daha çox göstər
Back to top button