BaşlıcaSiyasət

Belə bir səfər nəzərdə tutulmur: Nazeli Bağdasaryan baş nazirin COP29-da iştirakı ilə bağlı xəbərlərə toxunub

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan azərbaycanlı politoloq Əhməd Şairoğlunun Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrda COP29 sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyi ilə bağlı açıqlamasını təkzib edib.

Nazeli Baqdasaryan “Armenpress”in sualını cavablandıraraq qeyd edib:

– Azərbaycanlı politoloq özünün X mikrobloqunda ER baş naziri Nikol Paşinyanın Bakıda keçiriləcək COP29 forumunda iştirak edəcəyini açıqlayıb. Baş nazirin gündəliyi təsdiqlənibmi? O, Bakıda keçirilməsi planlaşdırılan beynəlxalq konfransda iştirak edəcəkmi?

– Ekspert baş nazir Paşinyanın iş gündəliyi ilə heç bir əlaqəsi olmayan subyektiv qavrayışını ifadə edib. Baş nazir Paşinyanın iş gündəmində belə bir səfər nəzərdə tutulmur.

Daha çox göstər
Back to top button