
İyunun 8-də Yerevanda Ermənistan Sənayeçilər və İş adamları İttifaqının və Hindistanın Ticarət və Sənaye Palatasının biznes nümayəndə heyətlərinin iqtisadi əlaqələrin aktivləşdirilməsinə yönəlmiş görüşü keçirilib. Bu barədə məlumatı Ermənistan Sənayeçilər və İş adamları İttifaqı yayıb.
Ermənistanın biznes mühitini və investisiya sahəsini təqdim edən Ermənistan Ticarət Palatasının birinci vitse-prezidenti Nerses Karamanukyan qeyd edib ki, Hindistanla turizm, səhiyyə, tekstil, qida sənayesi və bir çox digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək olar.
Hindistan Ticarət Palatasının Tamil Nadu bögləsinin prezidenti, ER-in bir sıra regionlardakı fəxri konsulu və nümayəndə heyətinin rəhbəri Şivkumar Eaşvaran təşkilatlarını təqdim edərkən qeyd edib ki, Hindistan Ticarət Palatasının 100 yaşı var və böyük reputasiyaya malikdir. Onun sözlərinə görə, Hindistan hökuməti ticarətin 4 sütununu tanıyır, onlardan birincisi Palatadır.
“Təbii ki, fəal əməkdaşlığı təmin etmək üçün ilk növbədə dolğun informasiya meydanı yaratmaq, mütəmadi görüşlər, sərgilər, işgüzar konfranslar təşkil etmək lazımdır. Qarşılıqlı tanınma biznesə yol açır. Bu, başlanğıc addımdır. Biz birgə layihələr həyata keçirməyə hazırıq”, – deyə o vurğulayıb.
Ermənistan Sənayeçilər və İş adamları İttifaqının birinci vitse-prezidenti Nerses Karamanukyan və Hindistan Ticarət Palatasının Tamil Nadu ştatı bölgəsinin prezidenti Şivkumar Eaşvara əməkdaşlıq memorandumu imzalayıblar.







