
Mənim və ABŞ-ın Ermənistandakı bütün səfirlərinin vəzifəsi Ermənistanın siyasi yolunu Qərbə yönəltməkdən ibarət idi” – deyə ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Heffern ABŞ Atlantik Şurasının “Ermənistan və Azərbaycan sülh astanasındadırmı” mövzusunda olan müzakirədə bildirib.
Onun sözlərinə görə, o zaman Ermənistanın Rusiyanı tərk edə, KTMT-dən çıxmaq niyyətini açıqlaya, gözlərini Vaşinqton və Brüsselə çevirə biləcəyini heç düşünmürdülər.
“Paşinyanın Moskvanı tərk etmək və KTMT-dən çıxmaqla bağlı bu çətin qərarı verməsi çox müsbət haldır.
Aydındır ki, Ermənistanın çox təhlükəli qonşuları var və səriştəsiz təhlükəsizlik qarantının olmaması son iki müharibədə Ermənistana kömək etməyib və mən bunu başa düşürəm”.
“Lakin öz təhlükəsizliyinin qarantını kəsmək kifayət qədər cəsarətli bir hərəkətdir. Və mən həqiqətən hesab edirəm ki, biz Qərb, – mən deməzdim ki, onu mükafatlandıraq, amma biz Ermənistanı həm demokratiya, həm də regional sabitlik baxımından tərəfdaş kimi qəbul etməliyik” – deyə keçmiş səfir əlavə edib.
Con Heffern qeyd edib ki, ABŞ və Avropa İttifaqı Ermənistanın seçdiyi yolda irəliləyişdə bundan sonra da dəstək vermək üçün əlindən gələni etməlidir.
“KTMT-dən (niyyətindən) çıxmaq və Moskvanı tərk etmək çox müsbət haldır. Biz Qərb buna cavab verməkdə davam etməliyik, erməni xalqına kursu Qərbə çevirməyə dəyər olduğunu göstərməliyik”.







