BaşlıcaSiyasət

Azərbaycanda iyul ayı yeni qiymət artımları ilə başlayıb

Azərbaycanda iyulun 1-i bir sıra qiymət artımları ilə başlayıb. Azəraycan KİV-ləri yazır ki, bu gündən ölkədə Aİ-92 markalı benzinin 7 ədəd dizel yanacağının qiyməti artır. Bu, ölkənin Tarif Şurasının qərarından irəli gəlir.

İyunun 30-da Tarif Şurasının qərarı ilə əhalinin daha çox istifadə etdiyi Aİ-92 markalı benzin 10 qəpik bahalaşaraq 1.10 manat, dizel yanacağının qiyməti 20 qəpik artaraq 1 manat olub.

Factor.am yazır ki, qiymət artımı elan edildikdən sonra ötən gündən sosial şəbəkələrdə yanacaqdoldurma məntəqələrində növbələrin fotoları yayılıb.

Benizinin qiymət artımından başqa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarı ilə bu ölkədə metro və avtobuslarda gediş haqqı artırılıb. Qərara əsasən, metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib. Müntəzəm şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri də 50 qəpik olub. Bundan əvvəl qiyməti 0.4 manat idi. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik müəyyən edilib.

Bütün bunlarla paralel olaraq, Azərbaycan şəhərləri arasında hava daşımalarının qiyməti də artıb.

Daha çox göstər
Back to top button