
ABŞ senatoru Rocer Uiker Yerevandan Azərbaycana xəbərdarlıq göndərərək, onları Rusiyanın keçmiş Sovet İttifaqı respublikasında dominant mövqe tutmaması üçün diqqətli olmağa çağırıb.
Viker bu haqda Ermənistan parlamentində onun və erməni tərəfdaşlarının başçılıq etdiyi ikitərəfli nümayəndə heyətinin görüşündən sonra birgə mətbuat konfransında bildirib.
“Biz Rumıniyada keçirilən ATƏT Parlament Assambleyasında iştirak etdik. Konfransdan sonra səfər etməyi seçdiyimiz ilk yer isə yalnız yerdə gördüklərimizi və eşitdiklərimizi görmək, insanlarla, liderlərlə söhbət etmək üçün Ermənistan, bu gözəl ölkə oldu” – deyə Rocer Uiker bildirib.
Nümayəndə heyəti adından o, belə səmimi və nəzakətli qarşılandığını bir daha xatırlamadığını söylədi. Onlar Ermənistanda aldıqları qəbuldan məmnundurlar.
“Biz düşünürük ki, vəziyyət, qonşu barədə çox şey bilirdik. Amma səfər bizə çox şeyi anlamağa imkan verdi. Eşitdiklərimiz bir daha təsdiq etdi ki, Ermənistan çətin qonşuluqdadır, bütün istiqamətlərdə çağırışlar var”-deyə o, qeyd edib..
Senator Ermənistanı Konstitusiya Günü münasibətilə təbrik edib.
O, Tomas Peyndən sitat gətirdi ki, demokratiyanı qazanmaq çətindir,diktatorluğu məğlub etmək asan deyil. “Tarix bunu bizə dəfələrlə göstərib. Biz bunu bu gün də görürük.
Dünyada, eləcə də bu regionda demokratiyanı, azadlığı mübarizəyə çevirməyə çalışan qüvvələr var. Ermənistan isə bunun qarşısını almaq üçün bu məsələdə böyük əzm və qətiyyət nümayiş etdirir.
İndi isə hər zamankından daha daaydındır ki, Ermənistan hökuməti və xalqı Ermənistanla Azərbaycan arasında sülh sazişinin olmasını istəyir, onun tamamlanmasını və imzalanmasını, demarkasiya və tamamlansın,müharibə zamanı olan hərbi əsirlər azadedilsin və nəhayət müharibəyə son qoyulsun”- deyərək Uiker bildirib.
ABŞ nümayəndə heyətinə Ermənistan rəhbərliyinin qonşu Türkiyədən insanların sərbəst gediş-gəlişinə şərait yaratmaq, eləcə də Ermənistan iqtisadiyyatını stimullaşdırmaq üçün sərhədləri açmaq istəyi barədə də məlumat verilib. Senator əmin edib ki, onlar bu məsələdə Ermənistanın tərəfindədirlər.
“Mən azərbaycanlı tərəfdaşlarımıza və ATƏT-in digər üzvlərinə bir söz demək istəyirəm: Putinin Rusiya ilə müttəfiqliyinin nəyə gətirib çıxara biləcəyinə diqqət yetirin. Mən tövsiyə etmək istərdim ki, Azərbaycandakı dostlarımız azadlığın qiymətini, azadlığın qiymətini anlamağa çalışsınlar.
Biz bunu dəfələrlə görmüşük, Azərbaycanda olan hər kəsə bu xəbərdarlığı vermək istəyirəm, diqqətli olun ki, “Böyük rus ayısı” bir daha keçmiş Sovet İttifaqı respublikasında dominant mövqe tutmağa cəhd etməsin”.
Rocer Uikerin rəhbərlik etdiyi nümayəndə heyətinə Konqresin hər iki palatasının, Nümayəndələr Palatasının və Senatın üzvləri daxildir.
Alen Simonyan amerikalı konqresmenlərə Ermənistan-Azərbaycan münasibətlərindəki mövcud vəziyyət barədə məlumat verib.
Alen Simonyan amerikalı konqresmenlərə Ermənistan-Azərbaycan münasibətlərindəki mövcud vəziyyət barədə məlumat verib.







