BaşlıcaSiyasət

Yerevan Dövlət Universiteti Bakı Dövlət Universitetindən irəlidədir

Ermənistanın ən azı 4 universiteti beynəlxalq reytinq cədvəllərinin ilk 500-lüyünə daxil edilməlidir. Bu, ER Təhsil, Mədəniyyət, Elm və İdman Nazirliyinin 2030-cu ilə qədər strategiyasında qoyulan məsələdir. QS World University Ranking-ə əsasən, Ermənistan universitetləri arasında cədvəldə 901-950-ci yerləri tutan yalnız Yerevan Dövlət Universiteti yer alıb.

Factor.am yazır ki, YDU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Aleksandr Marqarovun sözlərinə görə, onlar ən yaxşı 1000 universitet siyahısında yer almağı qarşılarına məqsəd qoyublar.

Bu olub və indi onlar ilk 750-lik arasında olmağa çalışırlar. “Universitetdə əcnəbi tələbələrin, professorların, elmi işçilərin sayının artdığını, dərc olunan məqalələrin sayının artdığını nəzərə alsaq, Yerevan Dövlət Universitetinin 3 ildən sonra mövqeyini yaxşılaşdıracağını gözləmək olar”, – o deyib.

Regionda, məsələn, Türkiyədən Orta Doğu Texniki Universiteti 285-ci, İstanbul Texniki Universiteti 326-cı, İrandan Tehran Universiteti 368-ci, Şarif Texnologiya Universiteti isə 342-ci yerlərdə qərarlaşıb. Qonşu ölkələr arasında Yerevan Dövlət Universiteti 951-1000-ci yerləri tutan Bakı Dövlət Universitetindən irəlidədir.

Azərbaycan İqtisad Universiteti 1001-1200-cü yerdədir. Builki cədvəldə Gürcüstandan iki universitet yer alıb – Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universiteti.

Daha çox göstər
Back to top button