
İyulun 12-də Ermənistan Parlamentinin deputatları “Dağlıq Qarabağ Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşlarının işə götürülməsi haqqında” qanuna dəyişiklikləri ikinci və yekun oxunuşda təsdiqləyiblər.
Onlar Ermənistan Respublikasının oxşar strukturunda işə düzələ biləcəklər.
Belə ki, səlahiyyətli dövlət orqanında vakant vəzifə olduğu halda, 19 sentyabr 2023-cü il tarixdən Dağlıq Qarabağın Milli Təhlükəsizlik Xidmətində vəzifə tutan şəxslərə xidmətini davam etdirmək üçün əsas verilməlidir (Ermənistanda).
Dəyişikliyə əsasən, onlar 2025-ci il iyulun 1-dək müvəqqəti olaraq səlahiyyətli orqanda xidmət edə biləcəklər. Üstəlik, bu imkandan yalnız Ermənistan Respublikasının vətəndaşlığını qəbul etmiş şəxslər istifadə edə biləcəklər.







