
ER xarici işlər naziri Ararat Mirzoyan iyulun 15-16-da Nyu-Yorkda işgüzar səfərdə olacaq. Bu barədə XİN-in sözçüsü Ani Badalyan Facebook səhifəsində bildirib.
“Nazir Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək.
Nazir Mirzoyan ER hökuməti adından Dayanıqlı İnkişaf Gündəliyinin, məqsəd və hədəflərin icrasının gedişatını ümumiləşdirən üçüncü könüllü milli hesabatını təqdim edəcək.
Səfər çərçivəsində ikitərəfli görüşlər və müvafiq tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Əvvəlki iki milli hesabat müvafiq olaraq 2018-ci ildə və 2020-ci ildə təqdim edilib”, – yazıda deyilir.







