
Ermənistan və İspaniyanın Baş nazirləri Nikol Paşinyan və Pedro Sançesin görüşü Avropa Siyasi Birliyinin 4-cü Samiti çərçivəsində baş tutub.
ER Baş naziri administrasiyasından verilən məlumata görə, tərəflər Ermənistan-İspaniya əməkdaşlığının müxtəlif istiqamətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Nikol Paşinyan və Pedro Sançes ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.
Mənbənin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh prosesi ilə bağlı məsələlər müzakirə olunub. Bu kontekstdə Baş nazir Paşinyan Ermənistan tərəfinin prinsipial mövqelərini təqdim edib.
Bildirilir ki, Ermənistan-Avropa Birliyi əməkdaşlığının inkişafı ilə bağlı da fikir mübadiləsi aparılıb.







