
Makron Ermənistana silah tədarükü haqqında: Sadəcə olaraq suveren ölkənin müraciətinə cavab vermək təbiidir
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini özünün X mikrobloqunda Fransa prezidenti Emmanuel Makronun Ermənistana silah tədarükü ilə bağlı bəyanatını təqdim edib.
“Prezident Emmanuel Makron Fransa silahlarının Ermənistana çatdırılması ilə bağlı. Sadəcə olaraq, özünü silahlandırmaq istəyən və başqa ölkənin təcavüzünə məruz qala biləcəyini hiss edən suveren ölkənin müraciətinə cavab verməmək təbiidir” – deyə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Makrondan sitat gətirib.







