BaşlıcaSiyasət

Kolomina NATO-nun Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi təyin edilib

NATO-nun baş katibi Yens Stoltenberq Xavyer Kolominanı NATO-nun Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi təyin edib. Bundan əvvəl Kolomina təşkilatın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub.

“Yaxın Şərq, Şimali Afrika və Sahel bölgələri Şimali Atlantika Alyansı üçün vacibdir. Xavier Kolomina NATO tərəfdaşları ilə qarşılıqlı əlaqədə böyük təcrübəyə malikdir. Onun təyinatı NATO-nun cənubdakı mühüm işini daha da gücləndirəcək”, – Stoltenberq qeyd edib.

Vaşinqton sammitində müttəfiqlər həmçinin NATO-nun Yaxın Şərq, Şimali Afrika və Saheldə mövcudluğunu genişləndirmək üçün Fəaliyyət Planı üzərində razılığa gəliblər. Xüsusi nümayəndənin təyin edilməsi bu planın tərkib hissəsidir.

Daha çox göstər
Back to top button