
Media qurumları Şuşidə keçirilən “Qlobal Media Forumu” ilə bağlı birgə bəyanat yayaraq, beynəlxalq jurnalist və insan haqları təşkilatlarını, aparıcı dünya mediasını Şuşidə keçirilən “forum”un demokratik dəyərlərə mənfi təsirini dəyərləndirməyə çağırıb.
“Demokratiya və mətbuat azadlığı üzrə beynəlxalq reytinqlərdə ən aşağı yerləri tutan Azərbaycan prezidentinin iştirakı ilə iyulun 20-22-də Şuşidə “Qlobal Media Forumu” keçirdi. Forumun mövzusu “Saxta tarixin açıqlanması: Dezinformasiyaya qarşı mübarizə” olub. Bir çox jurnalistlərin uydurma ittihamlarla həbsxanalarda olduğu, təqiblərə məruz qaldığı, avtoritar rejimin real təhlükələrindən xilas olmaq üçün mühacirətə getdiyi bir ölkədə belə tədbirlərin təşkil olunmasında bəlkə də təəccüblü heç nə yoxdur. Bu cür “forumlar” həmin rejim üçün acı reallığı ört-basdır etmək cəhdləri və üsuludur.
Bu tədbirlərdə müəyyən nüfuza malik olan beynəlxalq təşkilatların, media nümayəndələrinin bu və ya digər dərəcədə iştirak etməsi öz varlığı ilə töhfə verir. Onlar sanki illərdir öz strukturlarının Azərbaycana ünvanladığı kəskin tənqidlərə məhəl qoyurlar. Gülməli olan odur ki, öz varlığı və şərhləri ilə “forumların” rəsmi Bakını “haqq qazandırmaq” üçün mesajlar platformasına çevrilməsinə töhfə verirlər.
Forumun mövzusu daha gülməlidir, çünki həmin Əliyev rejimi yalan xəbərlərin, dezinformasiyaların yayılmasına təkan verir. Əgər ümumilikdə tədbir zamanı Rusiya təbliğat mediasının Əliyev haqqında dedikləri gözlənilirdisə, Qərb ölkələrindən olan iştirakçıların da eyni münasibəti, anlaşılmazdır. Onlardan heç biri Azərbaycanda mətbuatın vəziyyəti, jurnalistlərə, siyasi məhbuslara qarşı repressiyalar, Bakının həyata keçirdiyi əməliyyat nəticəsində Dağlıq Qarabağın əhalisinin evlərini zorla tərk etməsi haqqında bircə dənə də olsun tənqidi söz deməyə, Əliyevə kəskin sual verməyə cürət etmədi.
Biz aşağıda imza atan təşkilatlar qeyd edirik ki, bu cür təcrübə qərəzsiz və məsuliyyətli jurnalistika prinsiplərinə ziddir. Biz beynəlxalq jurnalist və insan haqları təşkilatlarını, aparıcı dünya mediasını aşağıdakılara çağırırıq:
Şuşidə keçirilən “forum”un demokratik dəyərlərə mənfi təsirini qiymətləndirsin
Təbdirə olan münasibəti və iştirak prinsiplərini nəzərdən keçirsin
Peşə ilə bir araya sığmayan riyakarlık istisna etsin.
Söz azadlığın müdafiə komitəsi, Mətbuat klubu, Yerervan mətbuat təşəbbüsləri mərkəzi, Ermənistanın içtimai jurnalistik klubu, Jurnalistlərin “Asparez” klubu, “Jurnalistlər gələcək naminə” QHT, “Juralistlər insan hüququları naminə” QHT, Goris mətbuat klubu







