
Bu ilin birinci yarısında Ermənistanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə iqtisadi aktivlikdə 10,4% artım qeydə alınıb.
Bu barədə ER Statistika Komitəsinin dərc etdiyi məlumatlarda deyilir.
Ən yüksək artım ixrac sektorunda qeydə alınıb. əvvəlki ilin birinci yarısı ilə müqayisədə 2,3 dəfə artaraq 7 milyard 927 milyon dollar olub.
İdxal 86% artaraq 10 milyard 479 milyon dollar olub.
Qeyd edək ki, ixracın artım tempi idxalın artım tempindən təxminən iki dəfə yüksəkdir. Xarici ticarət sahəsi iki dəfə artaraq 18 milyard 407 milyon dollar təşkil edib.
Sənaye məhsulunun həcmi 18 faiz, ticarət dövriyyəsi 22,9 faiz, tikintinin həcmi 15,7 faiz, xidmətlərin həcmi 6 faiz, kənd təsərrüfatının ümumi məhsulunun həcmi 4 faiz, elektrik enerjisi istehsalı – 5%, sənaye məhsullarının qiymətləri 2,7% artıb. İstehlak qiymətləri indeksi 0,6% azalıb. Təkcə iyun ayında əvvəlki ilin eyni ayına nisbətən iqtisadi fəaliyyətin göstəricisi 7,1% artıb.







