Başlıcaİctimaiyyət

Azərbaycanda yağan yağışlar daşqınlara səbəb olub, yolları və körpüləri dağıdıb, yaşayış məntəqələrini bağlayıb

Azərbaycan mətbuatı yazır ki, Azərbaycanda yağan intensiv yağışlar daşqınlara səbəb olub, yolları bağlayıb, yaşayış evlərini su basıb. Sosial şəbəkələrdə paylaşılan videolara görə, ən çox Gədəbəy, Oğuz, Qəbələ, İsmayıl, Quba və Ağdaş rayonları zərər çəkib. Sel çayların mənsəblərini yuyub, körpüləri dağıdıb. Dağ yollarında sürüşmə baş verib, bir sıra yaşayış məntəqələri bağlanıb.

Bildirilir ki, sel Quba rayonunda körpünü uçurub, 6 kənd rayon mərkəzindən tamamilə təcrid olunub. Quba-Xınalıq yolunun 42-ci kilometrliyində yerləşən Əlikçay körpüsü uçub. Nəticədə Xınalıq, Botankeş, Xaput, Çek, Elik, Qaley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Gəncədə baş verən daşqınlar ağır fəsadlara səbəb olub.

Gəncə-Bakı yolunda Nizami məqbərəsi körpüsünün altından keçən tunel su altında qalıb. Nəticədə magistralda nəqliyyatın hərəkəti tamamilə bağlanıb, sürücülər alternativ marşrutla hərəkət edirlər. Alternativ kimi istifadə edilən yuxarı yolda sürüşmənin baş verdiyi və asfalt örtüyünün bir hissəsinin dağıldığı qeyd edilir. Güclü yağan yağışlar nəticəsində müxtəlif yaşayış məntəqələrində insanların evlərinin zirzəmiləri və həyətyanı sahələri su basıb. Daşqınlar kənd təsərrüfatı sahələrinə və təsərrüfat obyektlərinə də böyük ziyan vurub.

Daha çox göstər
Back to top button