BaşlıcaSiyasət

Markus Ritter və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin müşaviri ER MTX-nin Sərhəd Qoşunlarının komandanı ilə görüşüb

Avropa İttifaqının Ermənistan Respublikasındakı müşahidə missiyasının rəhbəri Markus Ritter və Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin siyasi müşaviri ER Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı, polkovnik Edqar Hunanyan ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Bu barədə Aİ-nin ER-dakı müşahidə missiyasının X mikrobloqunda bildirilir.

“Aİ-nin müşahidə missiyasının rəhbəri Markus Ritter və Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin siyasi müşaviri ER Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı, polkovnik Edqar Hunanyanla görüşüb. Tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub”,- yazıda deyilir.

Daha çox göstər
Back to top button