BaşlıcaSiyasət

KTMT: “Ermənistan sentyabrda keçirilən hərbi təlimlərdə iştirak etməyi planlaşdırmır”

Sentyabrın 3-15-də Qırğızıstan ərazisində KTMT-nin “Əməkdaşlıq-2024” komanda təlimi keçiriləcək.

KTMT mətbuat xidmətinin məlumatına görə, erməni tərəfi hərbi təlimlərdə iştirak etməyi planlaşdırmadığını bəyan edib.

Qarşıdan gələn hərbi təlimlərdə yeni taktiki texnika və döyüş təcrübəsinin tətbiqi ilə tapşırıqlar hazırlanacaq.

Bundan öncə də məlum olmuşdu ki, Ermənistan avqustun 14-16-da Novosibirskdə keçirilən KTMT hərbi təlimlərinə öz nümayəndələrini göndərməyəcək.

Daha çox göstər
Back to top button