BaşlıcaSiyasət

ABŞ və müttəfiqləri İsrail və İrana gərginliyi daha da artırmasının yolverilməzliyi barədə xəbərdarlıq edib: Blinken

ABŞ və müttəfiqləri ilə birlikdə İsrail və İrana xəbərdarlıq ediblər ki, heç kim gərginliyi daha da artırmasın.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Biz Yaxın Şərqdə gərginliyin azaldılması və münaqişənin genişlənməsinin qarşısının alınması üçün intensiv işləməyə davam edirik. Son bir neçə gün ərzində biz regionda və onun hüdudlarından kənarda olan tərəfdaşlarla daimi təmasda olmuşuq.

Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla diplomatik əlaqələr saxlayırıq və bu siqnalı birbaşa İrana çatdırırıq. Biz o siqnalı birbaşa İsrailə çatdırırıq”, – deyə Annapolis şəhərində keçirdiyi mətbuat konfransında deyib.

ABŞ dövlət katibi həmçinin ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etməyə hazır olmağının dəyişməz olaraq qaldığını vurğulayıb.

“Biz, əsgərlərimizi qorumağa davam etdiyimiz kimi İsraili də terrorçuların və onların havadarlarının hücumlarından müdafiə etməyə davam edəcəyik”, – Blinken bildirib.

Daha çox göstər
Back to top button