BaşlıcaSiyasət

Hindistanın Yerevanda olan səfirliyində “Hindistanın parçalanması terrorları” adlı sərgi keçirilib

Avqustun 14-də Hindistan 1947-ci ildə ölkənin faciəvi şəkildə parçalanması zamanı həlak olan 1 milyondan çox hindlinin xatirəsini yad edir.

Bununla əlaqədar  avqustun 14-də Hindistanın Yerevandakı  səfirliyində Hindistanın müstəqillik yolunun necə keçdiyindən bəhs edən sərgi təşkil olunub.

Mənim valideynlərim də bu hadisələrin qurbanıdır. Bu mövzu mənim üçün çox emosionaldır, ailəmin  ağrı-acısını hiss etmədən bu hissəni oxuyub yaxud dinləyə bilmirəm.

Beləliklə, biz illərdir ailəmizdə bu barədə danışırıq” –  deyə Hindistanın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha jurnalistə  msahibəsində bildirib.

Hindistan hökuməti bir il əvvəl bu Anım gününü  illik tədbirə çevirmək qərarına gəlib.

“İkinci ildir ki, biz Hindistanda və səfirliklərimizin olduğu bütün ölkələrdə Anım tədbirləri təşkil edirik. Holokost və Erməni Soyqırımı kimi, biz də Hindistanın müstəqilliyə necə nail olduğunu göstərən sərgi və fotoşəkillərlə bu faciənin hekayəsini danışırıq” – deyərək səfir əlavə edib.

Daha çox göstər
Back to top button