
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müxtəlif ölkələrdə əhalinin artım templərini müqayisə edib.
Məlumatlar doğum nisbətinin artması (və ya azalması), ölüm nisbəti və gedən immiqrantların balansı əsasında əhalinin orta illik faiz dəyişikliklərinin müqayisəsinə əsaslanır.
Ermənistan siyahıda 217-ci yerdədir. MKİ-nin məlumatına görə, Ermənistanda əhalinin artım tempi 0,42% azalıb.
Azərbaycan 156-cı yerdədir (0,43 faiz artım);
Gürcüstan – 222-ci mövqe (əhali artım tempinin azalması – 0,5%).
Rusiya – 221-ci mövqe (əhali artım tempinin azalması – 0,49%).
Türkiyə: 139-cu mövqe (əhali artımı: 0,61%).
İran: 104-cü mövqe (əhali artımı: 0,88%).
Reytinqdə əhalinin artım tempinin 4,65% olduğu Cənubi Sudan başçılıq edir.
Sonrakı yerdə 3,66% ilə Niger, 3,33% ilə Anqola və 3,29% əhali artımı ilə Benin gəlir.







