İran Aİİ-də müşahidəçi dövlət statusu almaq üçün ərizə göndərib

İran Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu almaq üçün ərizə təqdim edib. “Armenpress”in məlumatına görə, bu barədə Avrasiya İqtisadi Komissiyasının (EACE) mətbuat xidməti məlumat yayıb. “İran İslam Respublikasının Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu almaq üçün müraciəti Avrasiya İqtisadi Komissiyasının mənzil-qərargahında müzakirə edilib”, – mesajda deyilir.
Qeyd olunur ki, bu məsələ ilə bağlı məsləhətləşmələr ölkənin inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazevin sədrliyi ilə videokonfrans formatında baş tutub. “Məsləhətləşmələrin iştirakçıları Aİİ üzv dövlətləri ilə İran İslam Respublikası arasında ticarət-iqtisadi əməkdaşlığın mütərəqqi inkişafını qeyd edərək, ölkənin Aİİ-də müşahidəçi dövlət statusunun alınması proseduruna başlamaq istəyini alqışlayıblar”, – deyə məlumatda bildirilir
Aİİ-yə üzv ölkələrin dövlət və ya hökumət başçılarının daxil olduğu şura ildə ən azı bir dəfə toplanır və qərarlar konsensus əsasında qəbul edilir. Son sessiya 8 may 2024-cü ildə keçirilib.







