
ABŞ Rusiya ilə ticarət edən ölkələrə xəbərdarlıq edib ki, əgər Rusiya banklarına silah istehsalını maliyyələşdirmək üçün yerli filiallar açmağa icazə verərsə, ikiqat sanksiyalarla üzləşə bilərlər.
Bu barədə Financial Times-a Maliyyə nazirinin müavini Vali Adeyemo məlumat verib.
Adeyemo qeyd edib ki, ölkələr Rusiya filialı və ya törəmə müəssisəsini açmaqdan imtina etməlidirlər, çünki bundan sanksiyalardan yayınmaq üçün istifadə oluna bilər.
Onun sözlərinə görə, Moskva ABŞ-ın VTB Bank Shanghai kimi şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra belə yollar axtarır.
O, əlavə edib ki, ABŞ Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdəki böyük kreditorları rusiyalı həmkarlarından çəkinməyə məcbur edən əvvəlki təzyiqlərdən sonra yeni ölkələrdə daha kiçik banklara diqqət yetirir.







