
Avqustun 29-da ER Parlamentinin sədri Alen Simonyan Ermənistanda rəsmi səfərdə olan Şərqi Uruqvay Respublikasının Nümayəndələr Palatasının sədri Ana Oliveranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Parlamentin mətbuat xidməti xəbər verir ki, Ermənistana səfərinə görə təşəkkür edən Alen Simonyan bu cür səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb və Ermənistan tərəfinin Uruqvayın həssas mövzularda erməni xalqı ilə bağlı mövqeyini və və onun müntəzəm dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib.
ER Parlamentinin sədri Ana Olivera Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini təqdim edib, danışıqlar prosesi və “Sülhün kəsişməsi” layihəsi haqqında bəzi təfərrüatlar verib. Ermənistan-Uruqvay münasibətləri və ikitərəfli maraq doğuran müxtəlif məsələlər də müzakirələrin əsasını təşkil edir.
Uruqvay Nümayəndələr Palatasının sədri səmimi qəbula görə dərin minnətdarlığını bildirib və Uruqvayın iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb.







