İctimaiyyət
Ermənistan “Riga Food-2024” beynəlxalq sərgisində iştirak edəcək

İqtisadiyyat Nazirliyi bildirir ki, sentyabrın 5-7-də Latviya Respublikasının Riqa şəhərində “BT1” beynəlxalq sərgi şirkəti “Riga Food-2024” qida, içkilər, qida emalı texnologiyaları, qablaşdırma, innovasiyalar sərgisini təşkil edir.
Ermənistan Respublikası sərgidə 27 erməni şirkətinin məhsullarını (alkoqollu içkilər, içkilər, şokolad, çay, hazır yeməklər və s.) təqdim edən vahid Ermənistan pavilyonu ilə iştirak edəcək.
Sərgi erməni istehsalçılarına öz məhsullarını Baltikyanı ölkələrin istehlakçılarına təqdim etmək və Latviya, Litva və Estoniyaya ixracın həcmini artırmaq üçün yaxşı imkan yaradacaq.







