
Biz Rusiya ilə siyasi tərəfdaşlıqdan imtina edirik, Rusiya prezidenti Vladimir Putin bizim üçün yaxşı müttəfiq deyil. Bu barədə jurnalist ilə söhbətində parlamentin “KP” hakim fraksiyasının deputatı Hakob Aslanyan bildirib.
O, əlavə edib ki, Ermənistanın Baş naziri Rusiyanın danışıqlarda vasitəçi ola bilməyəcəyini deyərkən, danışıqların özünə, siyasi formata istinad edir. Lakin bu, Ermənistan-Rusiya münasibətlərinin digər sahələrinə şamil olunmamalıdır.
Onun sözlərinə görə, Rusiya danışıqlarda Ermənistanın maraqlarından daha çox Azərbaycanın maraqlarını qoruyur. “Ancaq bu o demək deyil ki, biz bu ölkə haqqında pis sözlər deməliyik. Neytral münasibətlər qorunmalıdır” – deyə Aslanyan bildirib.
Deputat etiraf edib ki, Ermənistan hökumətinin nümayəndələri, o cümlədən özü də Rusiya haqqında sərt danışıb, amma söhbət siyasi məsələlərdən gedir.
“Bir müddət əvvəl Ermənistan çevriliş təhlükəsi ilə üzləşdi və bu çevrilişin müəlliflərindən biri Rusiya ola bilər, lakin bu o demək deyil ki, bu barədə təhqiramiz ifadələr danışmaq lazımdır.
“Əgər biz Rusiyanın Bakı ilə danışıqlarda vasitəçiliyinə qarşı çıxırıqsa, bu o demək deyil ki, biz anti-Rusiya siyasəti aparırıq” – deyə o, vurğulayıb.
Parlamentar əmin edib ki, Ermənistan hökuməti cəmiyyətdəki anti-Rusiya əhval-ruhiyyəsini şişirtmir.
Eyni zamanda o, Ermənistanın iqtisadi sahədə Rusiyadan tam asılı olmadığına inandığını bildirib. “Bu, sovet dövründə formalaşan münasibətdir ki, bu da 42 faiz təşkil edir.
“Eyni zamanda, Ermənistan Avropaya inteqrasiya yolu ilə gedir, Avropa ölkələrinə ixracın həcmini daha da artırmaq üçün istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər aparılır” – deyə deputat qeyd edib.







