
Ermənistan tərəfi Rusiyaya qarşı ritorikasını dəyişməyib. Ermənistanın sərt mövqe bildirdiyi məsələlər var, münasibətlərin tərəfdaşlıq xarakteri daşıdığı məsələlər də var.
Bu barədə parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sargis Xandanyan jurnalistlərlə söhbətində Ermənistan hökumətinin Rusiyaya qarşı ritorikasının mümkün dəyişməsi və yumşaldılması məsələsinə toxunaraq deyib.
“Bəli, elə məsələlər var ki, onların üzərində qəti mövqe bildirmişik. Elə məsələlər var ki, onların üzərində anlaşma var, tərəfdaşlıq münasibətləri var. Ona görə də düşünmürəm ki, dünyəvi hadisələr baş verib, bunun nəticəsində ton və ya ritorika dəyişib.Elə məsələlər var ki, Ermənistanın hələ də Rusiyaya sualları var. Onların ətrafında da kəskin şərhlər olub”, – deyə Xandanyan bildirib.
O vurğulayıb ki, Ermənistanla Rusiya arasında münasibətlər birtərəfli deyil, çoxsahəli münasibətlərdir və müxtəlif məsələlər ətrafında həmişə müzakirələr olub və olacaq.
“Rusiyada təkcə diplomatik etika qaydalarını deyil, həm də həyat etikası qaydalarını davamlı olaraq pozan məmurlar var. Son vaxtlar Ermənistanla bağlı bir sıra bəyanatlar və şərhlər çox hörmətsiz idi. Və təbii ki, cavab aldılar”, – deyə o əlavə edib.
Xandanyan Rusiya ilə hansı məsələlərdə fikir ayrılığının olmasını daa qeyd edib: “Rusiyanın müdafiə və təhlükəsizlik münasibətlərində üzərinə götürdüyü öhdəlikləri var, lakin bunlar yerinə yetirilməyib”.







