BaşlıcaSiyasət

İranın Ermənistandakı səfiri “3+3” formatında keçiriləcək yeni görüşün tarixinə qərar verildiyini açıqlayıb

“3+3” regional əməkdaşlıq platformasının (red. Ermənistan, Gürcüstan, Azərbaycan+Rusiya, İran, Türkiyə) yeni görüşünün  vaxtı müəyyənləşib.

Alınan məlumata görə, bu haqda  İranın Ermənistandakı səfiri Mehdi Sobhani jurnalistin sualını cavablandırarkən deyib.

“Dəqiq müddət var, bu, diplomatik kanallar vasitəsilə elan olunacaq” – deyə o, bildirərək əlavə edib ki,   görüşün Xarici işlər nazirləri səviyyəsində keçiriləcəyi əvvəlcədən məlum idi.

Bu dəfəki görüşün yeri Türkiyə olacaq. 3+3 məsləhət platformasının ilk sessiyası 2021-ci ilin dekabrında keçirilib.

Həmin vaxt sessiyada Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə Xarici işlər nazirlərinin müavinləri iştirak edirdi.

Gürcüstan görüşdə iştirakdan imtina edib. Platformanın ikinci sessiyası 2023-cü ilin oktyabrında keçirilib. Görüş İranın paytaxtı Tehranda xarici işlər nazirləri səviyyəsində keçirilib. Gürcüstan platformanın ikinci sessiyasında  həmçinin  iştirak etməyib.

Daha çox göstər
Back to top button