
“Zəngəzur dəhlizi”nə gəlincə, İran üçün ən vacib məsələ, regional qaydaları açıq-saçıq və pərdələnmiş şəkildə cəhdlərin qarşısını almaqçün yeganə vasitə öz milli maraqlarını qorumaq və müdafiə etməkdir.
Bu haqda “Mehr” informasiya agentliyinin “İranın “Zəngəzur dəhlizi”nə yanaşması hansı həll daha yaxşıdır?” sərlöhvəli məqaləsində qeyd olunur.
“44 günlük Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən və Ermənistanla Azərbaycan Respublikası arasında Moskvanın vasitəçiliyi ilə sülh sazişi imzalandıqdan sonra Azərbaycan Respublikasının ərazisinin Naxicevanla necə birləşdirilməsi ilə bağlı mülahizələr irəli sürülüb.
Azərbaycan prezidenti İlham Əliyev və türk həmkarı Rəcəb Tayyib Erdoğan “Zəngəzur dəhlizi”ni yaratmaq istəyindədir hansı ki, onunla ilk dəfə necə deyərlər türk dünyasının iki hissələrini “orta dəhlizin” həm Çin, həm AB-i arasında əlaqə əsasını qoymağa cəhd edilir.
Belə bir planın həyata keçirilməsi praktiki olaraq Rusiya və İranın milli maraqlarına ziddir, çünki bu iki nəhəng ölkəni gələcəkdə əsas tranzit marşrutlarından uzaqlaşdıracaq. Eyni zamanda belə bir dəhlizin yaradılması İranın Avropaya doğru çıxışını həmişəlik kəsəcək” – deyə İran mediası yazır.
Mehr-in qeyd etdiyi kimi, bu geosiyasi riskə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinin Bakıya son səfərindən və azərbaycanlı həmkarı ilə görüşündən sonar, Rusiya bu qaçılmaz riskin idarə olunması məsələsində, “Türk aləmi”nin birləşməsi ətrafında şərtləşməsi proqramlarını səhv hesablamış kimi görünür.
“Moskvanın Ermənistanın təhlükəsizliyini və ərazi bütövlüyünü qoruya bilməməsi, Rusiya sülhməramlılarının Laçın dəhlizində pis fəaliyyəti və bunun nəticəsində region əhalisi üzərinə olan təzyiqlər ER Baş naziri Nikol Paşinyanı hökumətini təhlükəsizlik və hərbi bütövlük sahəsində Yerevanın münasibətlərini Rusiya ilə Qərb ölkələrinin, xüsusilə ABŞ-ın, Fransa və Hindistanın xeyrinə əvvəlki siyasətinə yenidən baxmağa vadar edib”-deyə İran agentliyi qeyd edib.
İran mediası vurğulayır ki, ABŞ-Ermənistan birgə “Qartal tərəfdaşı 2023” hərbi təlimləri, Yerevanla Paris arasında müdafiə sahəsində əməkdaşlıq, Yerevanla Moskva arasında hərbi əlaqələrin 86% azalması ermənilərin əvvəlki kimi müttəfiqlərinə etibar etmədiyini göstərir.
“Bundan başqa, belə görünür ki, ermənilər bütün yumurtalarını bir səbətə düzmür və ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün müttəfiqlərinin dairəsini genişləndirirlər.
Yerli Rusiya mətbuatı Paşinyanın anti-Qərb siyasətinə cavab olaraq öz həmvətənlərinə çatdırmağa çalışır ki, Ermənistan Ukraynanın yolu ilə gedir və deməli, ukraynalıların taleyini gözləyir.
Bəzi müşahidəçilər Yerevanın Qərb dövlətləri ilə əlaqələrinin sürətlə genişlənməsini nəzərə alaraq, rusların gələcək planlarının əsasını qoymaq üçün “Zəngəzur dəhlizi”nin yaradılmasına razılıq verməklə Cənubi Qafqaz regionuna qarşı türklərin və Erdoğanın gələcək planlarını qabaqlayıcı tədbirlər görmək niyyətində olduğunu iddia edirlər”-deyə Mehr yazır.
İran mətbuatının yazdığına görə, Putinin Bakıya səfərindən sonra Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Rusiyanın Birinci Kanalına müsahibəsində Azərbaycan-Ermənistan-Naxicevan münasibətlərindəki blokadanın aradan qaldırılmasını tələb edib.
Maraqlıdır ki, Lavrov Paşinyanın ünvanına ittihamlar səsləndirərək deyib ki, Ermənistan rəhbərləri 2020-ci ildə sülh sazişinin 9-cu bəndinin həyata keçirilməsinə maneçilik törədir.
Bu günlərdə Rusiya Federasiyası Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da ölkənin “Zəngəzur dəhlizi”nin qurulmasına israrlı olduğunu bir daha bəyan edib.
Oxşar bəyanatlar İran Xarici işlər nazirliyinin Avrasiya departamentinin rəhbəri Müctaba Demirçilini, Rusiya səfirinə zəng edərək Cənubi Qafqaz bölgəsinin sərhədlərində hər hansı coğrafi dəyişikliyin İran üçün qəbuledilməz olduğunu bir daha xatırlatmağa vadar edib.
Eyni zamanda İranın Moskvadakı səfiri Kazım Celali həmçinin Kremlə kəskin şəkildə şikayət edib. Üstəlik, Rusiya anlamalıdır ki, keçmiş NATO müttəfiqinə Qərbin sanksiyalarından yayınmağa etibar etmək olmaz və türklər tezliklə Moskvadan da üz döndərəcəklər.
“Bu baş verərsə, Rusiya edilən faktlarla üzləşəcək və bu planın həyata keçirilməsinin qarşısını almaq üçün qiymətli hərbi vasitələrdən istifadə etməyə məcbur olacaq.
Nəzərə alsaq ki, İran və Rusiya strateji saziş bağlamağa çalışırlar, Rusiya rəsmilərinin bu cür bəyanatları, şübhəsiz ki, hər iki ölkənin maraqlarına ziddir və belə bir müqavilənin imzalanması və həyata keçirilməsi perspektivini təhlükə altına qoya bilər.
Son üç ildə Rusiya hökuməti və hərbçiləri Kiyevi cəzalandırmaq yolu ilə NATO-nun genişlənməsinin qarşısını almağa çalışaraq diqqətlərini Ukrayna tərəfinə çeviriblər.
İran İslam Respublikası bütün bu müddət ərzində Qərbin Şimal sərhədlərində beynəlxalq aləmdə “revizionist” bir qurumun mövcudluğuna qarşı çıxıb və dəfələrlə “NATO Turan dəhlizi”nin yaradılmasına qarşı olduğunu bildirib və Azərbaycan tərəfinə siqnal göndərib və çoxsaylı hərbi təlimlər keçirərək vurğulayıb ki, İranla Ermənistan arasında sərhəd dəyişərsə, Tehran bütün qüvvələri ilə öz milli maraqlarını müdafiə edəcək.
İndi belə bir şəraitdə, bölgədə Tehran və Tel-Əviv rejimləri arasında gərginliyin artdığı bir vaxtda regional və transregional təşkilatlar vəziyyətdən sui-istifadə edərək bu regionda beynəlxalq sərhədləri dəyişmək niyyətindədirlər.
Cənubi Qafqaz ifaçılarına İran İslam Respublikasının bir neçə fərqli cəbhədə fəaliyyət göstərə biləcəyini və lazım gələrsə, regional sülh və təhlükəsizliyin qorunması üçün lazımi tədbirləri görə biləcəyini xatırlatmaq lazım gələ bilər.
İki il əvvəl İran, Rusiya və Türkiyə prezidentləri Tehranda görüşəndə İslam İnqilabının rəhbəri Cənubi Qafqaz regionunda Ermənistan və Azərbaycan Respublikası arasında mövcud gərginliyə işarə edərək, bu məsələdə beynəlxalq səviyyədə tanınmış tarixi sərhədlərin hər hansı dəyişikliyi bəyənmədiklərini bildirib.
Ayətullah Seyid Əli Xamenei kəskin şəkildə xəbərdarlıq etdi ki, Moskva və Ankara bilməlidirlər ki, Cənubi Qafqaz regionunda istənilən dəhliz Tehranın üç qırmızı xəttinə uyğun olmalıdır/
Birincisi, Syünik vilayətində “Zəngəzur dəhlizi”nə Ermənistan Silahlı qüvvələri nəzarət etməlidir, beynəlxalq sərhədlərdə heç bir dəyişiklik olmamalıdır.
İkincisi, istənilən dəhlizdə Tehranın maraqları nəzərə alınmalıdır və nəhayət,
üçüncü qırmızı xətt İran İslam Respublikasının ABŞ, sionist rejim və NATO-nun dəhlizin Şimal sərhədlərinə yaxınlaşmasına imkan verməyəcək”- deyə İran agentliyi vurğulayır. .
Tehran necə siyasət iyürüdür?
İran İslam Respublikasının yüksək vəzifəli şəxslərinin son bir neçə ildə tutduğu mövqe göstərir ki, onlar öz siyasətlərində birliyi və konsensuau qoruyublar və əvvəlki mövqelərindən kənara çıxmayıblar.
İran İslam Respublikasının rəsmiləri Rusiya, Ermənistan, Azərbaycan və Türkiyə hakimiyyət orqanları ilə müxtəlif danışıqlar zamanı dəfələrlə bəyan ediblər ki, İran və Ermənistan arasında sərhəd əlaqəsi ölkənin geosiyasi üstünlüklərindən biri və Gürcüstana, Qara dənizə və Avropaya doğru marşrut kimi həyati əhəmiyyət kəsb edir.
Bu strateji mövqe İran üçün o qədər vacibdir ki, digər ölkələrin daxilində və ya xaricində baş verən hər hansı dəyişiklik İranın yanaşmasına təsir göstərmir”- deyərək “Mehr” yazır.
“Başqa sözlə, regional və qeyri-regional güclər arasında siyasi rəqabətin xarakterindən və İranın daxili siyasi mövqeyindən asılı olmayaraq, İran geosiyasi dəyişikliklərin qarşısının alınması yanaşmasına sadiqdir və mövcud nizamın dəyişdirilməsinə imkan vermir”- deyə media vurğulayır.
“Zəngəzur dəhlizi ilə bağlı mövcud fikir ayrılıqlarından asılı olmayaraq, İran mühüm iştirakçılarının hər biri ilə, yəni Rusiya, Türkiyə, Ermənistan və Azərbaycan Respublikası ilə əlaqələr saxlamağa çalışır.
İranın strategiyası regional nizamı pozmaq üçün aşkar və gizli cəhdlərə müqavimət göstərməklə öz milli və tarixi maraqlarını qorumaqdır.
İstənilən halda onlar İranın milli maraqlarını qorumaq istəyinə heç bir şəkildə təsir göstərə bilməzlər. İranın qırmızı xətlərinin hər hansı pozulması ölkənin xarici siyasətində ciddi dəyişikliklərə səbəb ola bilər.
Müvafiq olaraq, Rusiyaya “Zəngəzur dəhlizi”nin formalaşdırılması və Bakı-Ankara planı ilə bağlı tələsik razılığa gəlmək əvəzinə regionda “3+3” formatında (İran, Türkiyə və Rusiya Azərbaycan, Ermənistan və Gürcüstanla) mütəmadi görüşlərin keçirilməsini tələb etmək tövsiyə olunur.
Ümumiyyətlə, Cənubi Qafqazda dəhlizlərin yaradılması o zaman reallığa çevrilə bilər ki, bütün iştirakçıların maraqları və təhlükəsizlik mülahizələri nəzərə alınsın və Qərb dövlətləri müxtəlif bəhanələrlə qonşu dövlətlər arasında münasibətləri pozmağa çalışmasınlar” – deyərək məqalədə qeyd olunur.







