
Sentyabrın 10-da ER xarici işlər naziri Ararat Mirzoyan İran xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyxolislamini qəbul edib. Bu barədə ER XİN məlumat verir.
Həmsöhbətlər ikitərəfli gündəliyə və regional hadisələrə dair məsələləri müzakirə ediblər. Nazir Mirzoyan İran tərəfinin “Yerevan dialoqu” beynəlxalq forumunda iştirakını alqışlayıb.
Hər iki tərəf iki qonşu və dost ölkə arasında yüksək səviyyəli siyasi dialoqa uyğun olaraq, qarşılıqlı maraq doğuran istiqamətlərdə qarşılıqlı fəaliyyətin vacibliyini vurğuladılar.
Həmsöhbətlər regional məsələləri müzakirə ediblər. Cənubi Qafqazda davamlı sabitlik və sülhün bərqərar olunması istiqamətində görülən səylərə istinad edilib və bu kontekstdə ER XİN rəhbəri Azərbaycanla sülh prosesinə toxunub.
Regional nəqliyyat və iqtisadi kommunikasiyaların açılması kontekstində “Sülh kəsişməsi” layihəsinin konsepsiyasının əsasını təşkil edən prinsiplərə, xüsusilə ərazi bütövlüyü və suverenliyinə qeyd-şərtsiz hörmət edilməsinin vacibliyi vurğulanıb və Ararat Mirzoyan bu məsələdə İran tərəfinin qəti mövqeyini yüksək qiymətləndirib.







