BaşlıcaSiyasət

İran İslam İnqilabı keşikçiləri korpusu sosial şəbəkələrdə dərc olunan “Zəngəzuri dəhlizi” ilə bağlı açıqlama verib

İran İslam İnqilabı keşikçiləri korpusu sosial şəbəkələrdə dərc olunan “Zəngəzuri dəhlizi” ilə bağlı açıqlama verib

İlk açıqlama

“İranın qarşısında “Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı tələdən qaçmaq və qonşularının tarixi sərhədləri dəyişdirmək cəhdlərinə müqavimət göstərmək çətin bir vəzifə durur.

Azərbaycan və Türkiyə Ermənistanın Cənub dəhlizi layihəsini fəal dəstəklədiyi üçün İran öz milli maraqlarını və geostrateji mövqelərini qorumaq üçün qəti mövqe nümayiş etdirməlidir.

İranın yeni Xarici işlər naziri Seyid Abbas Araqçını karyerasında ən çətin missiyalardan biri gözləyir. O, təkcə ölkənin ərazi bütövlüyünü saxlamaqla kifayətlənməyəcək, həm də İran üçün həyati əhəmiyyət kəsb edən Ermənistanla sərhədlərini açıq saxlamalı olacaq.

 Eyni zamanda Araqçı elə fəaliyyət  göstərməlidir ki, İranın Türkiyə, Rusiya və Bakı ilə dostluq münasibətlərinə xələl toxunmasın.

İslam İnqilabının rəhbəri İran əleyhinə “Turan dəhlizi”  xarakterli layihəsinə qarşı mövqeyini açıq şəkildə ifadə edib. İran rəhbərliyi regionun tarixi sərhədlərinin dəyişdirilməsi cəhdinin onun milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirildiyini açıq şəkildə bəyan edib.

Rusiya hakimiyyətinin son bəyanatları və Bakı və Ankaranın səylərinin artması fonunda İran Xarici işlər nazirliyi bu planın həyata keçirilməsinin qarşısını almaq üçün qətiyyətli və strateji addımlar atmalıdır.

Beləliklə, Zəngəzur dəhlizinin gələcəyini İranın diplomatik səyləri və beynəlxalq arenada öz maraqlarını müdafiə etmək bacarığı müəyyən edəcək.

 Bu kritik anda İran regionda mövqeyini zəiflədə biləcək dəyişikliklərdən çəkinmək üçün qətiyyət və uzaqgörənlik nümayiş etdirməlidir”.

İkinci bəyanat

“Qafqaz regionunda beynəlxalq səviyyədə tanınmış sərhədlər və digər ölkələrin maraqlarına zidd olan geosiyasi dəyişikliklər regionda davamlı sülhə maneələr yaradacaq.

 İran hər zaman “Zəngəzur dəhlizi”nin yaradılmasına qarşı mövqeyini qoruyub. İranın hüquqi və tarixi sərhədləri keçilməzdir və heç kimin onları pozmağa haqqı yoxdur.

Bu dəhlizin yaradılması yalnız İranın razılığı və İranın qanuni sərhədlərinin toxunulmazlığına tam riayət olunması şərti ilə həyata keçirilə bilər”.

Üçüncü bəyanat

“Son həftələrdə Türkiyə və Azərbaycanın Naxicevanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək üçün Ermənistanın Cənubunda qurmaq istədiyi “Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı mübahisə yenidən gündəmə gəlib. Bu plan İranı xüsusilə narahat edir, çünki o, Ermənistan ərazisindən Avropaya doğru  gedən yeganə quru yolu təhdid edir.

Ayətullah Xamenei bu məsələ ilə bağlı mövqeyini 2021-ci ildə açıqlayaraq bildirib ki, İran öz geosiyasi maraqlarını və Qafqaz regionunun sabitliyini təhdid edən sərhədlərin dəyişməsinə imkan verməyəcək.

Onun sözləri Türkiyə, Azərbaycan və onların müttəfiqlərinə regionda hər hansı balanssızlığın ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq kimi səsləndi.

İranın əsas qüvvələrindən biri olan İslam İnqilabı keşikçiləri korpusu o vaxtdan Şimal-Qərb sərhəddində mövcudluğunu gücləndirərək hərbi təlimlər keçirib və ölkənin milli maraqlarını müdafiə etməyə hazır olduğunu nümayiş etdirib.

 İran üçün bu layihə təkcə siyasi problem deyil, həm də onun milli təhlükəsizliyi və ərazi bütövlüyünə təhdiddir. Bundan əlavə, İran “Zəngəzur dəhlizi”nin yaradılması ideyasını dəstəkləyən bəzi Rusiya rəsmilərinin son bəyanatlarından narahatdır.

Rusiya ilə strateji tərəfdaşlığa baxmayaraq, Tehran İranın ərazi bütövlüyünün və sərhədlərinin qorunmasının önəmli olaraq qaldığını dəfələrlə vurğulayır.

Rusiya aydın şəkildə başa düşməlidir ki, onun son vaxtlar “Zəngəzur dəhlizi”nin yaradılmasına verdiyi dəstək İranla dostluq və strateji tərəfdaşlıq bəyannaməsinə ziddir. Ukrayna ilə müharibə Moskvadan əhəmiyyətli qaynaqlar çəkməyə davam edərkən, İran Rusiyaya xatırladıb ki, onların ikitərəfli münasibətləri birtərəfli maraqlara əsaslanmamalıdır.

Yekun olaraq qeyd edək ki, İran İslam İnqilabı keşikçiləri korpusu və Ayətullah Xamenei öz mövqelərində qətidirlər və istər Türkiyə, istər Azərbaycan, istərsə də Rusiya tərəfindən bölgəyə istənilən müdaxilə İranın diplomatik və hərbi səviyyələrdə müqaviməti ilə qarşılaşacaq”.

Dördüncü bəyanat

“İran İslam Respublikası sərhədlərin regionda geosiyasi sabitlik və sülh amili və milli maraqların təminatı olduğunu vurğulayır və açıq şəkildə bəyan edir.

Tehran bu prinsipləri təkcə diplomatik incəliklər kimi deyil, “bütün” ölkələrlə münasibətlərin mərkəzi oxu olaraq hesab edir. Zəngəzur ətrafında “oyun” iştirakçılarının motivlərini dərk edən İran öz prinsiplərindən dönməyəcək”.

Daha çox göstər
Back to top button