BaşlıcaSiyasət

Ermənistanın Bakıda keçiriləcək COP29-da iştirakla bağlı qərarı yoxdur

Ermənistan hakimiyyəti Azərbaycanda təşkil olunacaq COP29 sammitində iştirak edib-etməyəcəyinə hələ qərar verməyib.

“Armenpress”in məlumatına görə, bunu baş nazir Nikol Paşinyan sentyabrın 18-də İkinci Dünya Erməni Sammitində deyib: “Biz hələ ki, bu məsələ ilə bağlı qərar qəbul etməmişik”.

Azərbaycanda noyabrın 11-22-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (“COP29”) 29-cu sessiyası keçiriləcək.

Daha çox göstər
Back to top button