
Ermənistanda hərbi sənaye sürətlə inkişaf edir, silahlar istehsal olunur.
Bu barədə Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Armen Xaçatryan bildirib.
“Bəli, bizdə Ermənistan istehsalı olan silahlar var. Bəli, seriyalı istehsal silahlarımız var. Bəli, hətta 5-ci nəsil seriyalı istehsal silahlarımız var”, – Armen Xaçatryan bildirib.
O qeyd edib ki, hərbi sənaye sürətlə Ermənistan üçün iqtisadiyyatın, elmin və təhlükəsizliyin ən mühüm sahələrindən birinə çevrilir.
Onun sözlərinə görə, bu sahəyə onlarla daha çox diqqət ayrılır. Bu sahə son dövrlərdə çox ciddi təkan qazanıb və inkişaf edir.
“Bizim informasiya texnologiyaları üzrə əla mütəxəssislərimiz, çox yaxşı mühəndislərimiz, vətənpərvər investorlarımız var. Onlar öz böyük resurslarını bu istiqamətə yönəldirlər. Ermənistanda hərbi sənaye sürətlə inkişaf edir” – o deyib.







