BaşlıcaSiyasət

Xİ nazirinin müavini sülh müqaviləsi layihəsində azərbaycanlıların Ermənistana qaytarılması ilə bağlı bəndin olması ilə bağlı şayiələri təkzib edib

ER xarici işlər nazirinin müavini Vahan Kostanyan Azərbaycanla sülh müqaviləsi layihəsində azərbaycanlıların Ermənistana qaytarılması bəndinin olması ilə bağlı şayiələri təkzib edib.

“Armenpress”in məlumatına görə, jurnalistlərlə keçirdiyi brifinqdə Vahan Kostanyan bildirib ki, sülh sazişi layihəsində “300 min qaçqın azərbaycanlının” Ermənistana qaytarılması ilə bağlı heç bir bənd yoxdur.

“Hesab edirəm ki, biz ictimai efirimizdən Azərbaycanın qondarma tezislərini irəli sürmək üçün istifadə etməməliyik”, – deyə xarici işlər nazirinin müavini vurğulayıb.

Daha çox göstər
Back to top button