
Oktyabrın 3-də Ermənistana işgüzar səfərə gələn NATO-nun Beynəlxalq Hərbi Qərargah rəisi, general-leytenant Yanuş Adamçakın başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan və ER Müdafiə Nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan ilə ikitərəfli görüşlər keçirib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüşlər zamanı bir sıra məsələlər müzakirə edilib, o cümlədən ER-NATO əməkdaşlığının cari kursu və inkişaf imkanları müzakirə olunub. Əməkdaşlığın ən uyğun istiqamətləri qeyd olunub.
Ermənistan tərəfi ER Silahlı Qüvvələrində aparılan islahatların gedişatını təqdim edib. Regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib, beynəlxalq hərbi-siyasi hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.







