
Freedom House təşkilatı oktyabrın 8-də Varşavada keçirilən konfrans zamanı fakt toplama missiyasının başa çatmasından sonra Dağlıq Qarabağda baş vermiş etnik təmizləmə ilə bağlı sübutlar təqdim edib.
Hesabata görə, yerli ermənilərin zorla köçürülməsi Azərbaycan hökumətinin məqsədyönlü və koordinasiyalı addımlarının nəticəsidir.
Freedom House ATƏT-in və konfrans iştirakçısı olan digər dövlətlərin diqqətini ona yönəldib ki, Dağlıq Qarabağ erməniləri uzun illərdir hücumlara, alçaldılmalara məruz qalıblar, əsas insan hüquqlarından məhrum ediliblər və nəhayət, 2023-cü ilin sentyabrında zorla köçürülüblər.
Bu proses Azərbaycan tərəfindən dövlət səviyyəsində tədricən və sistematik şəkildə həyata keçirilib. Nəticədə Dağlıq Qarabağın etnik erməniləri üçün elə həyat şəraiti yaradılıb ki, onların orada yaşaması qeyri-mümkün olub.

Freedom House yüzlərlə şahidlə müsahibələr aparıb, digər araşdırmalar həyata keçirib ki, bu da yalnız bir şeyi göstərir: Azərbaycan dövlət səviyyəsində Dağlıq Qarabağı erməni əhalisindən təmizləmə siyasəti yürüdüb.
Aydındır ki, etnik təmizləmə əməliyyatları da məqsədyönlü olub və dövlət səviyyəsində təşkil olunub. Azərbaycan hökuməti beynəlxalq təşkilatların dəfələrlə tənqid etməsinə və qınamasına baxmayaraq, erməni əhalisini təmizləmə siyasətini davam etdirib.
İnsan hüquqlarının pozulması hallarının araşdırılması və faktların toplanmasına əsaslanan Freedom House belə nəticəyə gəlib ki, Dağlıq Qarabağın erməni əhalisinə qarşı Azərbaycanın həyata keçirdiyi siyasəti etnik təmizləmə kimi xarakterizə etmək üçün bütün əsaslar mövcuddur.
Hesabatda qeyd olunur ki, Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən zorakılıqlar kifayət qədər qınanmayıb və cəzalandırılmayıb.
Freedom House ATƏT üzvü olan ölkələrə müraciət edərək aşağıdakıları tələb edib:
Azərbaycanın Dağlıq Qarabağın erməni əhalisinə qarşı həyata keçirdiyi qanun pozuntularını araşdırmaq üçün addımlar atmaq,
BMT İnsan Hüquqları Şurasını Azərbaycanda baş verən insan hüquqlarının pozulması hallarını araşdıracaq və bu pozuntular barədə BMT-nin müxtəlif qurumlarına hesabat verəcək bir qurum yaratmağa çağırmaq,
Dağlıq Qarabağın erməni əhalisinə qarşı həyata keçirilən zorakılıqları və cinayətləri qınayan beynəlxalq səviyyədə atılacaq addımları dəstəkləmək,
Azərbaycan hökumətini Dağlıq Qarabağa öz evlərinə qayıtmaq və ya əşyalarını toplamaq istəyən ermənilər üçün təhlükəsiz yol təmin etməyə çağırmaq, həmçinin ermənilərə beynəlxalq müşahidəçilərin nəzarəti altında Dağlıq Qarabağa qayıtmaq hüququ vermək,
Mədəniyyət abidələrin vəziyyətini araşdırmaq üçün beynəlxalq monitorinq təşkilatlarına Dağlıq Qarabağ və onun ətraf ərazilərində araşdırma aparmaq imkanı yaratmaq,
Ermənilərə qarşı zorakılığı təşviq edən ifadələrdən çəkinmək.
Azərbaycana həmçinin insan hüquqlarının pozulması hallarının sübutlarının və faktların toplanmasına dəstək olmaq, bütün zorakılıqların qeydə alınması və təhlil edilməsini təmin etmək tövsiyə olunub.







