Başlıcaİctimaiyyət

Daron Acemoğlu Nobel mükafatına layiq görülüb

Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinson 2024-cü il İqtisadiyyat üzrə Nobel mükafatına “institutların necə formalaşdığını və rifaha necə təsir göstərdiyinin öyrənilməsinə görə” layiq görülüblər.

Mükafat bazar ertəsi Stokholmda təqdim olunub. Bu, bu ilin sonuncu mükafatıdır və dəyəri 11 milyon İsveç kronu (1,1 milyon dollar) təşkil edir.

İqtisadiyyat Elmləri Mükafat Komitəsinin sədri Yakob Svensson deyib: “Ölkələr arasında böyük gəlir fərqlərinin azaldılması dövrümüzün ən böyük çağırışlarından biridir”.

“Qaliblər buna nail olmaqda dövlət qurumlarının vacibliyini göstəriblər”, – Svensson əlavə edib.

Daha çox göstər
Back to top button