Münster Universiteti, Almaniya: “Arxeoloqlar Ermənistanda qədim kilsə aşkar ediblər”

Ermənistan Elmlər Akademiyası və Almaniyanın Münster Universitetinin arxeoloqları qədim Artashat (yunanca Artaksata) şəhərində əvvəllər naməlum olan erkən xristian kilsəsinin qalıqlarını aşkar ediblər.
Bu barədə Ermənistan İctimai Radiosu Almaniyanın beşinci ən böyük universitetinin dərc etdiyi “Qədim Artaksata şəhərində erməni-alman komandasının birgə kəşfi” adlı məqaləyə istinadla məlumatlandırıb.
Tapıntı səkkizbucaqlı bir bina olub və onun qolları Xaça bənzər formada yayılır. Bu məlumatı Almaniyanın tanınmış Münster Universiteti, Coğrafi İnformasiya və Cografiya Texnologiyaları sahəsində qabaqcıl mərkəzlərdən biri, eksklüziv şəkillər və materiallarla təsdiq edir.
Hazırda bu universitetin mütəxəssisləri erməni arxeoloqlarla birlikdə Ararat vilayətində, Xor Virap yaxınlığında qazıntılar aparırlar.

Münster Universitetinin professoru Axim Liçtenberqin sitat gətirdiyi məqalədə deyilir:
“Erməni-alman ‘Artaksata’ arxeoloji layihəsi üzərində çalışan komanda kilsənin ayrı-ayrı hissələrini tapıb, qazıntı aparıb və kilsəni geofiziki metodlarla öyrənib.
IV əsrə aid olan bu bina ölkədəki arxeoloji sənədlərə görə Ermənistanda ən qədim kilsədir və erkən xristianlığın səs-küylü sübutudur”.
Məqalədə Ermənistan Milli Elmlər Akademiyasının professoru Mkrtiç Zardaryanın da sözlərinə istinad edilir: “İndiyə qədər burada səkkizbucaqlı kilsələr məlum deyildi, amma biz onları IV əsrdən başlayaraq Aralıq dənizinin Şərq bölgəsindən yaxşı tanıyırıq”.

Ararat vadisində qazıntılar zamanı aşkar edilmiş kilsə kompleksi tipoloji olaraq erkən xristianlıq dövrü strukturlarına uyğun gəlir.
Xaç şəklində yayılmış binada tədqiqatçılar, radiokarbonla tarixlənən IV əsrin ortalarına aid olan taxta platformaların qalıqlarını da aşkar ediblər.
Səkkizbucaqlı quruluşun diametri təxminən 30 metrdir, sadə məhlulla döşəməsi və keramika plitələri olub. Tapılan mərmər qalıqları isə binanın Aralıq dənizindən gətirilmiş bu materialla zəngin şəkildə bəzədildiyini göstərir.

Erməni-alman komandası “Artaksata” layihəsi (AGAP) çərçivəsində sentyabr ayından bəri Ermənistanda fəaliyyət göstərir.
Bu layihədə iştirak edən Münster Universitetinin arxeoloqları məlumat verir ki, qrup qazıntılara davam edəcək və yeni tapıntılar barədə də məlumat verməyi ümid edir.
Eyni zamanda, bu kilsənin kimə həsr olunduğunu müəyyən etməyi planlaşdırırlar.
Məqalədə qeyd olunur: “Ermənistandakı Artaksata, ənənəyə görə, Müqəddəs Qrikor Lusavoriçin 301-ci ildə Ermənistanın Tridat III tərəfindən xristianlığı qəbul etməsindən əvvəl həbs olunduğu ərazidir.
Beləliklə, Ermənistan dünyada ilk xristian dövləti oldu. Yeni aşkar edilmiş kilsənin yaxınlığında orta əsr Xor Virap monastırı yerləşir və bu ənənəni xatırladır”.
Erməni-alman tədqiqat qrupu 2018-ci ildən bəri Ararat vadisindəki Helenistik dövrün qədim Artaksata (Artaşat) şəhərini öyrənir.
Qədim şəhərdəki arxeoloji qazıntı layihəsi Almaniya Tədqiqat Fondu və Ermənistan Milli Elmlər Akademiyası tərəfindən maliyyələşdirilir.







