BaşlıcaSiyasət

Maraqos Paşinyana: “AB  Ermənistanın suverenliyini və Hökumətin təqdim etdiyi “Sülh kəsişməsi” layihəsini dəstəkləyir”

Avropa Birliyi ER suverenliyini və hökumətin təqdim etdiyi “Sülhün kəsişməsi” layihəsini dəstəkləyir.

Baş nazir Nikol Paşinyan AB-nə üzv ölkələrin Ermənistanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərini, AB nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos başda olmaqla, qəbul edib.

Baş nazirin iş heyətindən bildiriblər ki, Baş nazir Ermənistan-AvropaBirliyi  arasında çoxtərəfli əməkdaşlığın vacibliyini vurğulayıb və Ermənistan hökumətinin Avropa tərəfdaşları ilə çoxtərəfli münasibətləri dərinləşdirməyə və genişləndirməyə hazır olduğunu bir daha qeyd edib.

Bu kontekstdə Nikol Paşinyan keçən ilin oktyabrında Qranadada Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə birgə bəyanatla, eləcə də bu ilin aprelində Brüsseldə Ermənistan-AB-ABŞ yüksək səviyyəli görüşünün nəticələrinə dair qəbul edilən bəyanatlarla əldə olunmuş razılaşmaların səmərəli və ardıcıl icrasının vacibliyini qeyd edib.

Vasilis Maragos yuxarıda qeyd olunan bəyanatlarda nəzərdə tutulmuş addımların həyata keçirilməsi prosesinə toxunub və Avropa Birliyinin Ermənistanda demokratik və iqtisadi sahələrdə islahatların irəlilədilməsi, o cümlədən özəl sektorun imkanlarının inkişaf etdirilməsi üçün davamlı dəstəyini vurğulayıb.

AB nümayəndə heyətinin rəhbəri Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlanmasını, AB-nin sülh fondundan ölkəmizə dəstək qərarını da əhəmiyyətli hesab edib.

Daha sonra Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı müzakirələrə toxunulub.

Baş nazir Paşinyan Ermənistan tərəfinin sülh gündəminə sadiqliyini və razılaşdırılmış maddələr əsasında müqavilə imzalamağa, digər məsələlərlə bağlı müzakirələri davam etdirməyə hazır olduğunu vurğulayıb.

Regionda sülh və sabitliyin təmin edilməsi kontekstində tərəflər Ermənistandakı AB müşahidə missiyasının səmərəli fəaliyyətini yüksək qiymətləndiriblər.

Tərəflər, həmçinin regional kommunikasiyaların açılması imkanları ətrafında fikir mübadiləsi aparıblar.

 AB nümayəndə heyətinin rəhbəri Vasilis Maragos Avropa Birliyinin  Ermənistanın suverenliyinə və Ermənistan hökumətinin təqdim etdiyi “Sülh kəsişməsi” layihəsinə dəstəyini ifadə edib.

Görüş zamanı regional əhəmiyyətli digər məsələlər də müzakirə edilib.

Daha çox göstər
Back to top button