
Sorğuya əsasən, əgər gələn bazar günü Ermənistanda parlament seçkiləri keçirilsəydi, seçicilərin 20%-i “KP” (Vətəndaş Müqaviləsi)partiyasına, 4%-i (Çiçəklənən Ermənistana)”Bargavac Hayastan”a, 2%-i isə “Hayastan” (Ermənistan) blokuna səs verərdi.
“Verilən məlumata görə, Beynəlxalq Respublikaçılar İnstitutu ictimai rəyin araşdırılması ilə bağlı öz hesabatını dərc edib.
Məlumatlar 2024-cü il sentyabrın 13-dən 25-dək aparılan telefon sorğuları vasitəsilə toplanıb. Sorğu Ermənistanın vətəndaşları və indi Ermənistanda yaşayan, Dağlıq Qarabağdan zorla köçürülən 1503 nəfər arasında keçirilib.
Sorğu nəticələrinə görə, siyasi xadimlərdən ən çox inam 16%-lə Baş nazir Nikol Paşinyana göstərilib, 4%-i Ararat Mirzoyana, 4%-i Aram Zaveni Sarkisyana, 2%-i Alen Simonyana, 2%-i isə Robert Koçaryana etibar etdiyini bildirib.
Sorğuda iştirak edənlərin 61%-i isə heç bir siyasi xadimə güvənmədiklərini qeyd ediblər.
Əgər gələn bazar günü parlament seçkiləri keçirilsəydi, sorğu iştirakçılarının 20%-i “KP” partiyasına, 4%-i Barqavac Hayastan”a, 2%-i “İm kaylı”(Mənim addımım) blokuna, 2%-i “Hayastan” blokuna, 2%-i “Respublikaçılar” partiyasına, 2%-i “Daşnaksutyutyun”na və 1%-i Robert Koçaryanın partiyasına səs verərdi və sairə.







