BaşlıcaSiyasət

Ermənistan və Çexiya arasında hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib

Çexiya Müdafiə Nazirliyinin dəvəti ilə ER müdafiə nazirinin müavini Karen Brutyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 15-18-də Praqada keçirilən “Gələcək Qüvvələr Forumu 2024” beynəlxalq sərgisində iştirak edib.

ER Müdafiə Nazirliyindən bildirilib ki, tədbir çərçivəsində Çexiya Müdafiə Nazirliyinin Sənaye Əməkdaşlıq Agentliyinin baş direktoru Radka Konderlova və Çexiyanın hərbi sənaye şirkətlərinin nümayəndələri ilə rəsmi görüşlər keçirilib. 

Görüş zamanı Ermənistan və Çexiya arasında hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub.

Səfər zamanı tədbirdə iştirak edən digər tərəfdaş ölkələrin hərbi sənaye şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirilib.

Daha çox göstər
Back to top button