BaşlıcaSiyasət

Resursların diversifikasiyası – etibarsız təminatlar əvəzinə: Nyu-Yorkda Ermənistanın təhlükəsizlik problemləri müzakirə olunub

Son günlər Nyu-Yorkda “Ermənistanın yeni tarazlığı” mövzusunda müzakirə keçirilib. Müzakirədə yüzdən çox regional məsələlər üzrə mütəxəssislər, siyasətçilər və analitiklər iştirak ediblər.

Üç saat davam edən görüş zamanı Ermənistanın təhlükəsizlik problemləri xarici siyasətin yeni reallıqları şəraitində müzakirə edilib.

ABŞ Prezident seçkilərinin qlobal sabitliyə və Cənubi Qafqazdakı vəziyyətə mümkün təsiri də nəzərdən keçirilib.

Nyu-Yorkda “Apres Armenia” təşəbbüsü ilə keçirilən “Ermənistanın yeni tarazlığı: Rusiya, Qərb və Cənubi Qafqazın gələcəyi” mövzusunda müzakirə zamanı Ermənistanın təhlükəsizliyi və müdafiəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

ABŞ senatorları, səfirlər və mütəxəssislərin iştirak etdiyi konfransda ABŞ-Ermənistan əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

 “Apres Armenia”nın ekspertləri “Radiolur”a açıqlamalarında qaldırılan məsələlər və təklif olunan həllər barədə ətraflı məlumat veriblər.

Dəyişən dünyada mövcud risklərin idarə olunması üçün təhlükəsizlik resurslarının diversifikasiyası vacibdir; bu tezis Nyu-York müzakirəsində əsas məqamlardan olub.

 “Apres Armenia”nın hərbi eksperti Leonid Nersisyan məhz Nyu-Yorkdan “Radiolur”a ətraflı məlumat verib.

“Çox aktual bir nümunə verim – Ermənistanın malik olduğu təminatlar Rusiya tərəfindən yerinə yetirilmədi və ölkə çox çətin vəziyyətə düşdü.

 Hazırda Ermənistanın təhlükəsizlik və xarici siyasətini diversifikasiya etməsi çox vacibdir ki, Ermənistanın gələcəyi tək bir oyunçudan asılı olmasın”.

Nyu-York konfransının demək olar ki, bütün iştirakçıları illərlə işləyən təminatların bu gün artıq gücsüz olduğu və hətta böyük dövlətlərlə konstruktiv əlaqələr mexanizmlərinin belə işləmədiyi barədə razılaşıblar.

“Biz dəstəkçilərimiz ola bilər, amma heç kim bizim yerimizə müharibə etməyəcək”.

Nyu-Yorkda həmçinin Ermənistanın Hindistan və Fransa ilə hərbi sahədə əməkdaşlığı müzakirə olunub.

 Leonid Nersisyan qeyd edib ki, Ermənistan-ABŞ münasibətlərinin gücləndirilməsi daha əhəmiyyətli olub.

“ABŞ-la ilk növbədə iqtisadi layihələri inkişaf etdirməkdən söhbət gedir. Hamımız bilirik ki, məsələn, yeni atom elektrik stansiyası ilə bağlı danışıqlar var, hərbi sahədə də aktivləşmə var – təhsil proqramları baxımından, bu çox vacibdir.

Hələ silah və sursat haqqında real danışıqlar eşitməmişik. Məncə, bu sahədə ABŞ-la inkişaf daha yavaş gedəcək, nəinki Avropanın digər ölkələri ilə, amma müsbət dinamika var”.

ABŞ-da noyabrın 5-də gözlənilən prezident seçkiləri ilə yanaşı, Gürcüstanda keçiriləcək seçkilər də mühüm əhəmiyyət kəsb edib.

Harris qalib gələrsə, siyasət dəyişməyəcək; Ermənistan-ABŞ münasibətləri yavaş-yavaş inkişaf edəcək. Hərbi ekspertin fikrincə, Tramp qalib gəlsə, mənzərə fərqli olacaq.

“Daha çox fikirlər var ki, Ermənistan üçün daha çətin ola bilər. Məsələn, Trampın İrana qarşı siyasəti demokratlara nisbətən daha sərt ola bilər”.

Hərbi eksperti hesab edir ki, Nyu-York konfransı Diasporun potensialı ilə bağlı da mühüm tövsiyələr verdi. Bu potensial Ermənistanın hərbi gücünü inkişaf etdirmək üçün faydalı ola bilər.

“Bu platforma yalnız ABŞ üçün deyil, bütün dünya erməni icmasını əlaqələndirmək üçün vacib idi.

Erməni icmasının rolu Ermənistanın hərbi gücünü inkişaf etdirmək baxımından çox konstruktiv ola bilər, məsələn, yerli silah və sursat istehsalı məsələsində”.

“Apres Armenia” eksperti David Antoniyanın fikrincə, konfrans iştirakçıları razılaşırlar ki, Ermənistan və Azərbaycan arasındakı danışıqlarda yalnız o halda uğur əldə oluna bilər ki, Vaşinqton Bakının ambisiyalarını cilovlasın və ona təzyiq göstərsin.

“Bildirdilər ki, ABŞ işləməli və Azərbaycana təzyiq göstərməlidir ki, sülhə gəlsinlər”.

Ermənistan-Türkiyə münasibətləri məsələsi də müzakirə olunub. Sərhəd sülh müqaviləsi imzalanıb-imzalanmamasından asılı olmayaraq açılmalıdır, bu, iştirakçıların əksəriyyətinin yanaşmasıdır.

“Amerika Türkiyə ilə münasibətlərində istər silah, istərsə də başqa məsələ olsun, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsini irəli sürməlidir. Türkiyə razılaşmalıdır ki, ABŞ Ankaranın istədiyini həyata keçirsin”.

Ekspert konfransın gündəliyini deyil, həm də iştirakçıların siyahısını təsüratlı  hesab edir. Müzakirələrdə Ermənistan və ABŞ-dan təxminən 350 nəfər – səfirlər, senatorlar və ekspertlər iştirak ediblər.

Daha çox göstər
Back to top button