BaşlıcaSiyasət

TIME:  “Telegram-ın Baş  direktoru Pavel Durov  oktyabrda  Yerevana  gəlməli idi”

Telegram-ın Baş direktoru Pavel Durov oktyabr ayında Yerevanda keçiriləcək İnnovasiya və Texnologiyalar üzrə Ümumdünya Konqresində (WCIT 2024) iştirak etməli idi.

 Lakin fransız polisinin müdaxiləsindən sonra səfəri təxirə salındı. Bu barədə Amerika nəşri TIME yazır.

Xatırladaq ki, Fransa polisi Durovu avqustun sonunda Azərbaycandan gəldikdən sonra saxlamışdı. O, uşaq pornoqrafiyası və narkotik maddələrin saxlanması və yayılması, eləcə də fırıldaqçılıq və digər cinayətlərdə iştirakda ittiham edilir.

Amerika nəşri qeyd edib ki, WCIT 2024-in panel müzakirələrinə kosmik sənayedə dizayn, sosial medianın optimallaşdırılması və kibertəhlükəsizlik mövzuları daxil idi. Elon Musk da təbrik mesajı göndərmişdi.

Bu, son beş ildə Ermənistanın ikinci dəfə WCIT-ə ev sahibliyi etməsi idi və bu, dənizə çıxışı olmayan üç milyonluq bu demokratik ölkənin qlobal texnologiya mərkəzi kimi yenidən qurulmasını vurğulayır.

Avropa və Asiyanın kəsişməsində yerləşən Ermənistan STEM ixtisasları üzrə davamlı kadr axınını təmin etmək üçün təhsil proqramını yenidən nəzərdən keçirib və yerli fəaliyyət göstərən çoxmillətli şirkətlərə vergi güzəştləri təklif edir.

 Ermənistanı Amazon, Google, Cisco, IBM, Microsoft, Broadcom və Nvidia kimi şirkətlər qeydə alıblar.

“SSRİ dövründə Ermənistan yüksək texnologiyalar sahəsində həqiqətən çox məşhurolub”–  deyə Ermənistan Prezidenti Vahaqn Xaçatryan bildirib.

 “Biz Silikon Vadisi sayılırdıq. İndi bu şöhrəti bərpa etmək istəyirik”.

Daha çox göstər
Back to top button